İngiltərədə təyyarə qəzaya uğrayıb, ölənlər var

1 İyul 2021 08:33

İngiltərənin Qərbi Sasseks qraflığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

"Təəssüf ki, günorta vaxtı yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki kişi ölüb", - deyə polisin açıqlamasında qeyd olunur.

Ölənlərin 65 və 58 yaşlarında olduqları bildirilir. Qəzanın səbəbləri barədə hələ məlumat verilməyib.

Milli.Az