Bakı sakini davada bıçaqlanıb

1 İyul 2021 08:23

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Əzimov Natiq İsabala oğlu küçədə dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az