Putinin birbaşa yayımını aparan azərbaycanlı kimdir?

30 İyun 2021 19:18

Rusiya prezidenti Vladimir Putinin bu dəqiqələrdə keçirdiyi "Birbaşa xətt"in aparıcılarından biri azərbaycanlıdır.

Milli.Az lent.az-a istinadən xəbər evrir ki, Putinin xalqla təmasını "Rossiya" telekanalının aparıcısı Nailə Əsgərzadə və "Birinci kanal"ın əməkdaşı Yekaterina Berezovskaya qurur.

Nailə Əsgərzadə  13 dekabr 1987-ci ildə Bakıda anadan olub. Volqoqradda fransız liseyini bitirib. Daha sonra Volqoqrad Dövlət Universitetini və Moskvada Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.

Onun atası Vaqif Əsgərzadə ixtisasca mühəndis-geofizik olub. Amma sonradan bizneslə məşğul olmağa başlayıb.

Əsgərzadə əvvəlcə NTV, sonradan isə RBK kanalında çalışıb.

Milli.Az