Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt"də ölkə vətəndaşlarının suallarını cavablandırır.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq prezidentə 1 milyondan çox sual ünvanlanıb.
"Rossiya 24" kanalının məlumatına görə, Putinə ünvanlanan 1 256 048 sualdan 658 183-ü koll-mərkəz, 331 070 SMS, 33 487 sosial şəbəkələr vasitəsiylə edilib.
Suallar koronavirusla mübarizə və peyvəndləmədən tutmuş, iqtisadi vəziyyət, təqaüdlər, ABŞ-la münasibətlərədək müxtəlif mövzuları əhatə edir.
Xatırladaq ki, "Birbaşa xətt" Bakı vaxtıyla saat 13-də başlayıb.
Milli.Az