Ukraynalı azarkeşlər rusiyalı fanatı döydülər - VİDEO - FOTOlar

30 İyun 2021 15:09

Ötən gecə AÇ-2020-nin 1/8 finalında baş tutan İsveç - Ukrayna oyununda qalmaqal yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, matçın əvvəlində azarkeşlərdən biri Rusiya bayrağı ilə Ukrayna millisini dəstəkləyib.

Lakin bir neçə dəqiqə sonra o, ukraynalı tərəfdarlar tərəfindən döyülüb. Fanatlar onun əynindəki formanı cırıb və əlindəki bayrağı alaraq yerə atıblar.

Milli.Az