Azərbaycan-Türkiyə birgə təlimlərindən yeni VİDEO

30 İyun 2021 12:17

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda iyunun 28-də başlayan "Mustafa Kamal Atatürk - 2021" birgə döyüş atışlı taktiki təlimləri davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur.

Milli.Az