"Real"ın yarımmüdafiəçisi millidən getdi

30 İyun 2021 15:30

"Real"ın yarımmüdafiəçisi Toni Kroos milli karyerasını başa vurub.

Milli.Az apasport.az-a istinadən xəbər evrir ki, bu iddia ilə "Bild" nəşri çıxış edib.

Vurğulanıb ki, Almaniya millisinin lideri bu günlərdə qərarını açıqlayacaq. 31 yaşlı orta sahə oyunçusu Bundestimin AVRO-2020-nin 1/8 final mərhələsində İngiltərəyə məğlubiyyətindən (0:2) sonra belə qərar qəbul edib.

Qeyd edək ki, Toni Kroos 2010-cu ildən formasını geyindiyi Almaniya millisinin heyətində 106 oyuna çıxıb, 17 qol vurub.

Milli.Az