Vəkili "məhkəmədə bizi yaxşı müdafiə etmədin" deyərək güllələdilər

30 İyun 2021 11:49

Türkiyədə vəkil güllələnib.

Milli.Az e-huquq.az-a istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib. Belə ki, kollec direktoru Bilal K. və onun vəkil ortağı Semih G. arasında kolleclə bağlı bir məhkəmə prsosesinə görə mübahisə yaranıb.

Məhkəmədə uduzan Bilal K. "Bizi yaxşı müdafiə etmədin, ona görə uduzduq" deyərək vəkil Semih G.nı ayağından güllələyib.

Silah səsini eşidən yaxınlıqdakı şəxslər dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat verib. Polis və həkim briqadası qısa müddətdə hadisə yerinə çatıb. Yaralıya ilkin tibbi yardım göstərilib və hər hansı həyati təhlükə olmadığı bildirilib.

Hadisə yerindən qaçan Bilal K. isə bir müddət sonra polis bölməsinə gələrək təslim olub.

Milli.Az