Hadrutda iki erməni hərbçinin cəsədi tapıldı

30 İyun 2021 11:04

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Milli.Az bildirir ki, cəsədlər Hadrut qəsəbəsində tapılıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Qeyd edək ki, 2020-ci noyabrın 13-dən 2021-ci il bu günə kimi azad edilmiş ərazilərdən 1588 erməni hərbi qulluqçunun cəsədi aşkarlanıb.

Milli.Az