ABŞ-da güclü parlayış: 17 nəfər yaralandı

1 İyul 2021 22:51

ABŞ-ın Los-Anceles şəhərində pirotexniki vasitələrin qanunsuz saxlanıldığı evdə keçirilən əməliyyat əsnasında partlayış baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, partlayışın həmin maddələrin yük maşınına yığılması zamanı baş verdiyi deyilir.

İnsident nəticəsində 3-ü ağır olmaqla, 17 nəfər xəsarət alıb.

Partlayış nəticəsində ətrafdakı ev və avtomobillər zərər görüb.

Olaydan sonra yaxınlıqda yaşayan sakinlər təxliyə edilib və ərazi mühasirəyə alınıb.

Milli.Az