O da təcavüzə məruz qaldığını açıqladı

30 İyun 2021 12:24

Babası tərəfindən təcavüzə məruz qaldığını açıqlayan aktrisa Hafsanur Sancaktutanın ardından həmkarı Seray Kaya da oxşar olayın qurbanı olduğunu etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial media hesabında paylaşım edən aktrisa dostunun atası tərəfindən cinsi istismara məruz qaldığını bildirib:

"Mən də uşaq idim. Ailəmə deməkdən çox qorxdum və susdum. Dostumun atası tərəfindən dəfələrlə məruz qaldığım cinsi istismara görə günahkar deyiləm. Artıq qorxmuram. Bir-birimizin səsi olmağa davam edəcəyəm və istismara məruz qalan, eşidilməyən uşaqlar üçün səs olacağam".

Qeyd edək ki, 7 və 9 yaşlı qızını ögey atası ilə birgə satan ananın sərbəst qalmağından sonra sosial şəbəkədə məşhurlar etiraz ismarışları paylaşmağa başlayıb.

Milli.Az