Cütlüyün ailələri arasında faciə: Dəfələrlə maşınla üzərindən keçdi - ANBAAN VİDEO

30 İyun 2021 10:44

Türkiyənin Şanlıurfa şəhərində qəsdən törədilən qəzanın görüntüləri izləyənləri dəhşətə gətirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gün Şanlıurfanın Karaköprü bölgəsində baş verib. 

İlkin məlumata görə, Karşıkaya məhəlləsində yaşayan boşanma ərəfəsindəki cütlüyün ailələri arasında silahlı qarşıdurma olub. Hadisə nəticəsində 5 nəfər yaralanıb.

Mobil telefonla çəkilən görüntülərdə avtomobillə küçədə gedib gələn şəxsin  mübahisə edənlərə dəfələrlə maşınla vurduğu və onları əzməyə çalışdığı görüntülənib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az