Təbii qaz bahalaşır

30 İyun 2021 09:31

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 1,2% artaraq 3,703 ABŞ dolları təşkil edib.

Milli.Az