Bu gündən iki marşrut xətti üzrə avtobuslarda ödəniş kartladır

29 İyun 2021 19:20

Bu gündən 208 və 209 n-li marşrut xətti (Bakıxanov d/st - Suraxanı qəs) üzrə avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə,Sərnişinlərin rahatlığı üçün aşağıdakı OBA market ünvanlarında BakıKart balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Milli.Az