Niderland millisi baş məşqçisi ilə vidalaşdı

29 İyun 2021 19:10

Niderland millisi baş məşqçi Frank de Burla yollarını ayırıb.

Milli.Az report-a istinadla xəbər verir ki, bu barədə Niderland Kral Futbol İttifaqının (KNVB) rəsmi saytı məlumat yayıb.

Komanda Avropa çempionatının 1/8 final mərhələsində Çexiyaya 0:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Frank de Bur 2020-ci ilin sentyabrından yığmaya rəhbərlik edib. 51 yaşlı mütəxəssisin müqaviləsi 2022-ci ildə başa çatmalı idi.

Milli.Az