Pikassonun oğurlanan tablosu Yunanıstanda tapıldı

30 İyun 2021 04:00

Dünyaca məşhur rəssamlar Pablo Pikasso və Piko Mondrianın 2012-ci ildə oğurlanan rəsm tabloları tapılıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, oğurlanmış tabloları Yunanıstan polisi aşkarlayıb. 9 yanvar 2012-ci ildə Yunanıstanda Milli Qalereya zalında təşkil olunan sərgidə oğurlanan əsərlər dünən gecə tapılıb.

9 il sonra aşkarlanan tablolar Pikassonun "Qadın başı" və Mondrianın "Yel dəyirmanı" əsərləridir.

Hadisə ilə bağlı oğurluqda şübhəli bilinən 49 yaşlı şəxsin saxlanıldığı bildirilir.

Milli.Az