Miqrendən əziyyət çəkənlərə 7 sadə çarə və dərman

28 İyul 2021 21:25

Miqren müasir dövrün ağrıları içində ən qəribəsi, ən dözülməzi və ən çətinidir. Əslində, xəstəlik kimi xəstəlik deyil, ağrı kimi ağrı. Həftədə, ayda 1-2 dəfə, ən çoxu 3-4 dəfə gəlib insanın beynini, başını, gözünü, əsəbini yerindən oynadıb gedir.

Miqren nevroloji tutmadır. Daha çox qadınlarda rast gəlinir, amma kişilər və uşaqlar da istisna deyil.

Miqrenin 2 növü var: auralı və aurasız. Milli.Az miqren tutmalarından öncə və tutma zamanı köməyinizə gələcək sadə üsulları təqdim edir.

Auralı miqrendə göz önündə işıq ləkələri yaranır, görmə zəifləyir, hətta sanki itir, ürəkbulanma, qusma ola bilir.

Miqreni çağıran səbəblər: bəzi qidalar, ərzaqlar, alkoqol, gec yemək, az yemək, az su qəbulu, ağır fiziki iş, uzun müddət yol getmək, nəqliyyat, kəskin qoxular, ətirlər, güclü işıq, menstruasiya, stres, qorxu, hormonal dərmanların qəbulu, qan dövranı pozulması.

Bəzi insanlar miqren tutmasından əvvəlki gündə qıcıqlanma, yorğunluq, gücsüzlük, bəziləri isə əksinə güclü iştah və aktivlik, aqressivlik hiss edir.

Miqren tutmalarını necə yüngülləşdirməli?

Soyuq kompresslər - parça və ya dəsmal arasına qoyulmuş buzu alın, gicgah və boyunda 10 dəqiqə saxlamaq.

Yüngül massaj - barmaqların ucu ilə yüngül, rahatladıcı masaj beyinə ağrı siqnallarını blok etməyə kömək edir, serotonin sintezini artırır

Maqniy tərkibli preparatlar qəbul etmək - miqren çox vaxt orqanizmdə maqniy defisiti ilə bağlı olur. Maqniy banan, zəncəfil, qoz, göyərti və paxlalılarda olur.

Qıcıqlandırıcı ərzaqlardan uzaqlaşmaq- şokolad, qəhvə, kakao, kolbasa, konserv, dondurma, pendir, yumurta, un miqreni çağırır. Öz miqren gündəliyinizi tərgib edib, orda konkret hansı yemək və qidalardan sonra miqren olduğunu təyin edə bilərsiz.

Gün boyu ac qalmayın - işlə bağlı uzun müddət ac qalmaq, fasilələrlə yemək, az yemək miqren gətirir.

Maksimum sakitlik, qaranlıq və sərin yer tapın. Miqrenin ən güclü mərhələsində köməyinizə yuxu və qaranlıq otaq gələ bilər. /medicina.az

Milli.Az