Azərbaycanda qadağa qüvvəyə minir: Cəriməsi 5 mindir - DİQQƏT - FOTO

29 İyun 2021 21:39

İyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlar qadağan olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu barədə Milli.Az-a bildirilib ki, qadağan olunmuş plastiklərin idxalına, istehsalına və satışına cərimə var:

"Cərimənin miqdarı vəzifəli şəxslər üçün 1000-1500 manat, hüquqi şəxslər üçün 3000-4000 manatdır".

Qeyd edilib ki, qadağan olunmuş plastiklərdən təkrar cərimə isə vəzifəli şəxslər üçün 1500-2000 manat, hüquqi şəxslər üçün isə 4000-5000 manat təşkil edir.

Milli.Az