Azərbaycanda 8 regional tullantı poliqonu və 38 ötürücü stansiya yaradılacaq

30 İyun 2021 03:20

"Ölkədə 8 regional tullantı poliqonunun və 38 ötürücü stansiyanın yaradılması nəzərdə tutulub".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ETSN-in Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə "Ekspert saatı"nda deyib.

O bildirib ki, regional poliqonların yerləri ilə bağlı məsələ həll olunub: "Bu proseslər İqtisadiyyat Nazirliyi tərəfindən koordinasiya olunur. İlkin olaraq hansı ərazilərdə regional poliqonların yaradılamsı məsələsi də həll olunub. Hazırda bu istiqamətdə konkret işlərin görülməsinə başlanılıb".

Milli.Az