Soldadonun yeni klubu

29 İyun 2021 21:17

İspaniyalı hücumçu Roberto Soldadonun yeni klubu məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu "Levante"yə keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Soldado ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. O, "Levante"yə azad agent kimi keçib.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü son olaraq "Qranada"da çıxış edib.

Milli.Az