Tehran Mənsimov yeni vəzifəsindən ÇIXARILDI

29 İyun 2021 16:34

Xəbər verdiyimiz kimi, Silahlı Qüvvələrin polkovniki Tehran Mənsimov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Dəstələrin rəis müavini təyin olunmuşdu.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bir neçə gün öncə yeni vəzifəyə gətirilən T.Mənsimov narazılıq yaradan hərəkət etdiyi üçün tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, polkovnik XDMX-nin Peşə Hazırlıq İdarəsinə rəis müavini təyin edilib.

Milli.Az