Abşeron sakini dənizdə boğulub

29 İyun 2021 22:14

Abşeron rayon sakini dənizdə boğulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı çimərliyində qeydə alınıb.

Saray qəsəbəsi sakini, 1998-ci il təvəllüdlü Həşimov Məhərrəm Həşim oğlu dənizdə çimərkən batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az