Türkiyədə idman yarışlarına azarkeşlər buraxılacaq

29 İyun 2021 21:16

Türkiyədə yeni mövsümdən idman yarışları azarkeşlərlə keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu qardaş ölkənin səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.

O, idman yarışlarının müəyyən sayda tamaşaçı ilə keçiriləcəyini bildirib. Bu isə o deməkdir ki, avqustun 13-də start götürəcək Superliqanın oyunlarına da azarkeşlər buraxılacaq.

Qeyd edək ki, pandemiya səbəbindən ötən mövsüm dünyanın əksər yerlərində olduğu kimi, Türkiyədə də idman yarışları azarkeşsiz keçirilib.

Milli.Az