Ermənistanda COVID-19-a yoluxanların sayı 224 967 nəfərə çatıb

29 İyun 2021 14:09

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 116 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 967 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 4 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4514 nəfərə yüksəlib.

Milli.Az