Ağdamda 17 yaşlı qız ana oldu

29 İyun 2021 11:07

Ağdamın rayonunda yaşayan 17 yaşlı qız ana olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.

17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib.

S.Quliyevanın 16 yaşı tamam olmadan öncə cinsi əlaqədə olması ilə bağlı Ağdam RPŞ-də araşdırma aparılır.

Milli.Az