“Botoks etdirməmişəm, şəkildə elə düşür” - 58 yaşlı Xalq artisti

29 İyun 2021 12:49

Xalq artisti Mələkxanım Əyyubova heç zaman üzündə dəyişiklik etmədiyini bildirib.

Milli.Az lent.az-a sitinadən xəbər verir ki, 58 yaşlı xanəndə bildirib ki, bir çoxları onun süni gözəl olduğunu iddia edir: 

"Şəklimiz pis çıxanda bilməsinlər ki, biz kifirik. Elə bilməsinlər ki, üzümüzə nəsə etmişik. Botoks zad elətdirməmişəm. Sadəcə işıqlar, kameralar bəzən bizi fərqli göstərir".  

Milli.Az