Türkiyədə son illərin ən güclü zəlzələsi barədə proqnozlar verilib.
Milli.Az lent.az-a istinadla bildirir ki, bu barədə geoloji mühəndis Aysun Ayxan məlumat verib. Onun sözlərinə görə, aparılan elmi işlər zamanı Mərmərə dənizində 7.6 bal gücündə zəlzələ olacağı ehtimal olunur.
Mühəndis deyib ki, proqnoza əsasən, mütləq bu ərazidə zəlzələ olacaq və sahildəki bütün şəhərləri - Balıkesir, İstanbul, Çanaqqala, Bursa, Yalova, Kocaeli, Tekirdağda 28 milyon əhaliyə təsir edəcək.
Milli.Az