Qarabağda daha bir erməni hərbçinin cəsədi aşkarlanıb

29 İyun 2021 10:01

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Milli.Az bildirir ki, cəsəd Suqovuşan ərazisində aşkarlanıb. Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində 1586 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Milli.Az