Cavanşirdən həyat yoldaşına sərt tələb - VİDEO

29 İyun 2021 13:19

Əməkdar artist Cavanşir Məmmədov həyat yoldaşı barədə danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  ifaçı "Söz baz" verilişində bu sözləri deyib: 

"Mən toya gedib gələnə qədər həyat yoldaşım ölüb, dirilir. Deyir, oxuya bildin? Yəni bu səsdir, bununla zarafat eləmək olmaz. Xanımım sənətimin gücünü bilir. Bir-birimizi toyda bəyənmişik.

Dörd qardaşın bir bacısıdır. İmanlı ailənin qızıdır. Biz nişanlananda yoldaşım İncəsənət Universitetinə qəbul olmuşdu. Məndən soruşdu: "İcazə verirsən təhsilimi davam etdirim?" Dedim ki, "yox". Bir ailədə bir incəsənət nümayəndəsi olar". 

Milli.Az