Balakən rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru Babək Dadaşova yeni vəzifə verilib.
Milli.Az unikal.org-a istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Babək Dadaşov Zaqatala - Balakən yolunda yerləşən DYP-nin stasionar postuna komandir təyin edilib.
Qeyd edək ki, o, aprel ayında Balakən DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.
Milli.Az