Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Hövsan qəsəbəsində 2004-cü il təvəllüdlü Məmmədzadə Ləman Azər qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az