Bakı-Qazax yolunda faciə

29 İyun 2021 08:43

Bakı-Qazax avtomagistralında ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Yevlax-Ləki nahiyəsində baş verib. Baş vermiş ağır yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az