120 dəqiqəlik oyunun ən yaxşısı

29 İyun 2021 07:25

Avro-2020-nin 1/8 final mərhələsində keçirilmiş Xorvatiya - İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İspaniya yığmasının kapitanı Serxio Buskets bu görüşün ən yaxşısı seçilib.

120 dəqiqəlik matçın 101-ci dəqiqəsində əvəzlənən 32 yaşlı yarımmüdafiəçi baxımlı oyunu ilə seçilib.

Qeyd edək ki, İspaniya millisi Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Milli.Az