"Səhnəyə gəlirsənsə, mentalitetdən kənara çıxmalısan"

28 İyun 2021 16:54

"Müğənnilərə geyimə irad bildirməyin aiddiyatı ola bilməz. Amma aparıcı da fərqli geyim geyinib nümayiş etdirə bilər. Tamaşaçılarımız geyimləri qəbul etsin".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İlhamə Qasımova "7 canlı" proqramında deyib. İfaçı gənc sənət adamlarının geyim tərzlərini tənqid edib:

"19-20-25 yaşında gənclərimizin geyimi yaxşı deyil. Elə götürək Türkiyədə gənc aktyorları, ifaçıları. Seriallarda oynayan aktyorların nə qədər fanatı var. Gənclər o qədər gözəl geyinir, hərəkət edir ki... Bizdə isə ağır oturum: bu nə saçdır, şalvardır... Səhnəyə gəlirsənsə, mentalitetdən kənara çıxmalısan. Xanımlarımız elə deyil. Dünya ulduzlarını geridə qoyublar: geyimdə, estetik əməliyyatda. Bir vaxtlar Zamiq Hüseynov, Elnarə Xəlilova fərqli idi. Zamiqin mahnısını bilmirdim, amma obrazını bəyənirdim. Gənclərimiz bu gün özlərini 60 yaşındakı kimi saymasınlar". 

Milli.Az