Komada olan müğənninin səhhəti daha da pisləşdi

28 İyun 2021 18:42

Komada olan müğənni MakSimin səhhəti daha da ağırlaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb. Xəstəlik ifaçının orqanizminin 80 faizini əhatə edib. Həkimlər MakSimi sağaltmaq üçün çalışır.

İfaçının meneceri isə onun səhhətinin o qədər də ağır olmadığını deyib. O bildirib ki, makSim hazırda komadadır, amma durumu təhlükəli deyil. Süni nəfəs aparatına qoşulan MakSimin səhhəti yaxşılaşdıqdan sonra komadan ayıldılacaq.

Milli.Az