Azərbaycanda işləmiş moldovalı məşqçi vəfat etdi

28 İyun 2021 12:18

Moldovalı futbol məşqçisi İlie Karp vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  tanınmış mütəxəssis 60 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İ.Karp 2006-2007-ci illərdə Azərbaycanda çalışıb. O, həmin vaxt Sumqayıtın "Gənclərbirliyi" klubunun baş məşqçisi olub.

Milli.Az