Ermənistanda COVID-19-a yoluxanların sayı 224 851 nəfərə çatıb

28 İyun 2021 13:48

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 54 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 851 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 2 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4510 nəfərə yüksəlib.

Milli.Az