Əli Əsədov Türkiyənin Vitse-prezidentinə təbrik məktubu göndərib

28 İyun 2021 11:09

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya "Kanal İstanbul" marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, məktubda layihənin uğurlu icrasının Türkiyənin iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib.

Milli.Az