Hindistanda COVID-19-a yoluxanların sayı 30 milyonu ötüb

28 İyun 2021 14:00

Hindistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından 979 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hindistanda indiyə qədər COVID-19-dan 396 730 nəfər ölüb.

Bildirilib ki, son 24 saat ərzində COVID-19-a 46 148 yeni yoluxma halı qeydə alınıb. Bununla da infeksiyaya yoluxanların sayı 30 milyonu keçib.

Milli.Az