Ucarda qəzada xəsarət alan azyaşlı xəstəxanada öldü

28 İyun 2021 09:33

Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində baş vermiş qəzada xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Ucarda ölümlə nəticələnən yol qəzası - VİDEO - FOTO

Milli.Az APA-ya istinadən bildirir ki, ölən azyaşlı İlyas Elçin oğlu Cəlilovdur. Qeyd edək ki, gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə sürücü E. Cəlilov ölüb. Onun 3 sərnişini - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Milli.Az