Samux sakini həmyerlisini bıçaqladı

28 İyun 2021 16:36

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibov rayonun Lək kənd sakini Elçin Qəmbərovu bıçaqlayıb.

Yaralı qarının daxilinə keçən bıçaq zərbəsi alıb.

Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış nəticəsində A.Yusifov saxlanılaraq istintaqa təhvil verilib.

Milli.Az