Dünən 5 nəfər batmaq təhlükəsi ilə üzləşib - Xilas ediliblər

28 İyun 2021 15:24

İyunun 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Yevlax", "Mərdəkan", "Buzovna", "Bilgəh", "Hövsan" sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, onların hər biri xilas olunub.

Milli.Az