Bakıda avtomobil 34 yaşlı qadını vurdu

27 İyun 2021 23:26

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Bayramova Leyla Valeh qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az