Səudiyyə husilərin PUA və raketlərini məhv etdi

28 İyun 2021 04:34

Yəməndə koalisiya qüvvələri husilərə məxsus 2 ballistik raketi və 1 PUA-nı məhv edib.

Milli.Az xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.

Məlumata görə, husilər Səudiyyə Ərəbistanının Hamis Muşayt bölgəsinə iki ballistik raket atıblar. Raketlər Səudiyyə Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib. 1 PUA isə Nəcran şəhəri yaxınlığında vurulub.

Milli.Az