Evini satdı, təzminat ödədi

28 İyun 2021 00:22

Keçmiş həyat yoldaşı, müğənni Emina Yahoviçə olan təzminatı ödəmək üçün Mustafa Sandal evini satıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi 4 mərtəbəli malikanəsini sataraq borcunu ödəyib. M.Sandal Çubuklu ərazisində aldığı yeni villasına isə hər ay 65 min TL kredit ödəyir.

Qeyd edək ki, cütülüyün iki övladı var.

Milli.Az