Razılaşma bitdi, onlara daha məlumat verməyəcəyik - İran

27 İyun 2021 17:22

İran bundan sonra özünün nüvə obyektləri haqqında Beynəlxalq Atom Enerjisi Təşkilatı (MAQATE) məlumat verməyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İran parlamentinin deputatı Məhəmməd Qalibaf deyib.

"MAQATE ilə razılaşma başa çatdı və biz onlara nüvə obyektlərindəki müşahidə kameralarından alınmış məlumatları verməyəcəyik", - Qalibaf bildirib.

Milli.Az