Avropa çempionatlarında qol vuran ilk ata və oğul

27 İyun 2021 14:07

Avro-2020-nin 1/8 finalında keçirilən İtaliya - Avstriya matçında maraqlı göstərici qeydə alınıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, italyanların ilk qolunun müəllifi Federiko Kyeza Avropa çempionatları tarxində rekord müəyyənləşdirib.

Məsələ ondadır ki, Federikonun atası Enrike də 1996-cı ildə keçirilən Avropa çempionatında qol vurub.

Bununla da, Enrike və Federiko Kyezo Avropa çempionatında qol vuran ilk ata və oğul olublar. Ata Kyezo Avro-1996-da yeganə qolunu qrup mərhələsində Çexiya millisinin qapısından keçirib.

Xatırladaq ki, İtaliya millisi əlavə vaxtda vurduğu qollarla Avstriyaya qalib gələrək (2:1) 1/4 finala yüksəlib.

Milli.Az