Rusiyada son sutka ərzində daha 21 665 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 451 291 nəfərə çatıb.
Son sutka ərzində 599 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 133 282 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.
Milli.Az