Xorvatiya millisi Perişiçi itirdi

27 İyun 2021 12:49

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiç koronavirusa yoluxub.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti bildirib. Komandada digər test verənlərin nəticələri neqativ olub. Perişiç 10 günlük karantinə alınıb.

Xorvatiya millisi sabah Avro-2020-nin 1/8 finalında İspaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, indiyədək Avro-2020-də İsveç, Slovakiya, Şotlandiya və Portuqaliya millilərində koronavirus yoluxma aşkarlanıb.

Milli.Az