Gürcüstanda COVİD-19-dan ölənlərin sayı 5 266 nəfərə çatıb

27 İyun 2021 11:39

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 585 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 363 522, ölənlərin sayı isə 5 266 nəfərə çatıb.

Virusa yoluxanlardan 349 658 nəfərin sağaldığı bildirilir.

Milli.Az